İşin təsviri
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək
- Daxil olan malların müqavilə üzrə düzgünlüyünü yoxlamaq
- Rəhbərlik tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək
- Anbarda avadanlıqların və inventarın vaxtlı təmirinə koordinasiya etmək
- Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin yaradılması və həyata keçirilməsi
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək
- Problemli malların qeydiyyatını aparmaq və tez bir zamanda təmir edilərək yerinə qoyulmasını təmin etmək və qeydiyyatını aparmaq
- Anbara giriş və çıxış olan mallara ciddi nəzarət etmək.
- Expeditorlara verilən malların müqavilələr üzrə çıxarılmasını birlikdə təmin etmək
- Sənədlərin scan olunması və elektron papkalarda adlandırılaraq saxlanılması
- Rəhbərliyin verdiyi digər tapşırıqlar
Bacarıqlar:
- İdarəetmə bacarığının olması
- Məsuliyyətli olmaq
- Təşəbbüskarlıq
- Öyrənməyə meyllilik
- Problemin tez həllinə çalışmaq
- Korporativ işə yanaşma
- Komandada işləmə bacarığı
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür)
- Cinsi: Kişi
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3-4 il
- Kompyuterdə sərbəst işləmək (word, excel, mail yazışması)
- Şəxsi minik avtomobilinin olması vacibdir (Maşını olmayanlar müraciət etməsin).
İş şəraiti:
- Əmək müqaviləsi (Qanunvericiliyin tələbinə uyğun rəsmi)
- İş qrafiki: 5 gün, saat: 09:00-18:00
- İş yeri: Lökbatan (Abşeron Logistika Mərkəzi)
- Əmək haqqı: 1200 AZN
- Mobil nömrə
Qeyd: Xahiş olunur müvafiq vakansiyanın adını başlıq olaraq qeyd edəsiniz.
Əlaqə vasitələri:
- 051-252-02-58 Vüsal Həsənov (whatsapp bisness)