İşin təsviri
İş barədə məlumat:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tenderlərdə iştirak üçün müəyyən edilmiş tələblərin, ixtisas uyğunluğu meyarlarının təhlil edilməsi
- Tenderlər və satınalmalar üzrə müsabiqələrdə (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) iştirakın təmin edilməsi ilə bağlı sənədləşmələrin aparılması
- Tender üzrə tələb olunan sənədlərin, protokolların operativ şəkildə hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
- Tender təkliflərinin hazırlanması üçün tələb olunan rəsmi sənədlərin (maliyyə hesabatları, arayışlar, təsdiqedici sənədlər, bank zəmanətləri və s.) vaxtlı-vaxtında müvafiq qurumlardan alınması;
- Tender təkliflərinin hazırlanması üçün tələb olunan kommersiya məlumatlarının, layihə-smeta sənədlərinin və digər texniki sənədlərin Şirkətin müvafiq şöbələrindən tələb olunması, toplanması və son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsi mərhələsində tender keçirən təşkilatlar tərəfindən ünvanlanmış sorğuların cavablandırılması;
- Tender prosesinin müxtəlif mərhələlərində şirkətin təmsil olunması;
- Tender tələblərin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Şirkətin xidmətlərinin satışı ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştərilərin və tenderlərin axtarışı;
- Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması;
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması;
- Sorğuların qəbul olunması, qiymətləndirilməsi və təkliflərin göndərilməsi;
- Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi;
- Biznes əlaqələrinin genişləndirilməsi və müştəri xidmətlərinin inkişaf etdirilməsi;
- Satış planına uyğun işlərin aparılması
Fəaliyyət sahəsi - Tikinti və logistika
Maaş razılaşma, Ali təhsil-texniki universitet məzunlarına üstünlük, təcrübə vacib deyil
Şirkətin adresini - Tiblisi pr, 49c Chirag plaza
İş saatları - həftə içi 5 gün 09:00-18:00
İstirahət günləri - Şənbə və bazar