İşin təsviri
Tələblər:
- Qrafik dizayn sahəsində 2 il iş təcrübəsi
- Kreativ yanaşma, sürətli həll təklif etmə qabiliyyəti
- Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects proqramlarında işləmə bacarığı
- Komanda ilə effektiv ünsiyyət və konfliktlərdən uzaq olma
- Çevik və işində məsuliyyətli olmaq, gündəlik iş yükünə uyğun vaxtın düzgün idarə edilməsi
- Təməl motion bilikləri və texniki dizayn biliklərinin olması
- Xüsusi task management proqramı vasitəsilə işlərin idarə edilməsi (tapşırıqların alınması və təhvili)
Öhdəliklər:
- Tələb edilən bütün vizual, qrafik və “motion”, ATL və BTL dizayn materialları hazırlamaq
- Verilən brif əsasında kreativ konseptlərin hazırlanması, bazar araşdırması və brifə uyğun dizayn həllərinin təklifi
- Yeni çıxan layihələrin vizual konseptini hazırlamaq
- Dizaynların çap üçün versiyalarını hazırlamaq və fərqli ölçülərə adaptasiya
- Günlük dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək
- Dizaynlarda brendin qaydalarına riayət etmək
- Brend mesajını başa düşmək və yaradılan dizaynlarda əks etdirmək
İş Şərtləri:
- 5 günlük iş həftəsi;
- İş ssatı 09:00-18:00;
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir;
- Ə/H namizədin təcrübəsinə əsasən dəyişiləcəkdir;
Qeyd olunan tələblərə cavab verən namizədlər öz məlumatlarını (CV) “Qrafik dizayner” mövzusu altında 05.03.25 tarixinədək elekton poçt ünvanına göndərə bilərlər.
Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur.