Client Services Specialist

  • Yello Advertising
  • Elanın qoyulma tarixi: 06.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 
“Yello” Advertising

Vakansiya nömrəsi: 0092014

Vəzifə: Müştəri Xidmətləri üzrə Mütəxəssis

Əmək haqqı: Namizədin CV-si qəbul olunduğu halda, müvafiq əmək haqqı və bonuslar görüş zamanı müzakirə ediləcəkdir.

Vəzifənin məqsədi:

Şirkəti potensial və hazırki müştərilər qarşısında təmsil etmək, şirkətin inkişafında rəhbərliyə dəstək göstərmək, yeni müştərilərin cəlb olunması,hazırki müştərilərlə sağlam kommunikasiyanın qurulması və işin keyfiyyətinin daima artmasından əmin olmaq.

Əsas vəzifə və öhdəliklər:

• Potensial müştərilərin müəyyən edilməsi, onların tələblərinə və ehtiyaclarına uyğun olaraq təkliflərin hazırlanması;
• Peşəkar prezentasiyaların, təklif paketlərinin hazırlanması və təqdimatlarının edilməsi;
• Şirkətin ilk görünən üzü kimi  potensial müştərilərlə görüşlərin təyin edilməsi, şirkətin portfoliosunun təqdim edilməsi;
• Görüşlərdə protokolların yazılması;
• Müştəridən görüləcək işlə bağlı olaraq texniki tapşırığın alınması və Kreativ Komandaya ötürülməsi
• Mütəmadi olaraq, işin axışı ilə bağlı müştərinin məlumatlandırılması və agentliklə müştəri arasında sağlam informasiya axışının təmin edilməsi
• Mütəmadi olaraq, işin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun olaraq  hesabatların hazırlanması.

Minimum tələblər:

• İqtisadiyyat, biznes, layihənin idarəedilməsi, marketinq, PR və s. kimi sahələr üzrə bakalavr dərəcəsi
• Azərbaycan, ingilis, rus dili bacarıqları;
• Sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Çox yaxşı kompüter bilikləri (sürətli araşdırma, MS Office proqramlarında operativ çalışma);
• Biznesin inkişafı və korporativ satış, marketinqlə bağlı biliklər;
• Peşəkar kommunikasiya bacarıqları;
• Nümunəvi şifahi və yazılı kommunikasiya qabiliyyəti;
• Yüksək təqdimat və inandırma bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Stres altında çalışma bacarıqları, dəqiqlik, səbrlilik, zamana qarşı həssaslıq;
• Yüksək səviyyəli analiz qabiliyyəti

Məlumat üçün bildirmək istərdik ki, bütün müraciət edən insanların CV-ləri gözdən keçirilib, müsbət və ya mənfi olmasından asılı olmayaraq məlumatlandırılacaq və işin tələblərinə uyğun olan şəxslə uğurlu müsahibədən sonra isə kandidat işə alınacaqdır. Agentlikdə çalışma təcrübəsi olan insanlara üstünlük verilə bilər.
 “MƏN BU İŞİ BACARARAM!” və özünüzü bu vəzifəyə uyğun görürsünüzsə, o zaman CV-nizi [email protected] ünvanına göndərin.

E-mailin “Subject” bölməsinə  “Client Services Specialist” yazmağınızı xahiş edirik.
Ən son müraciət tarixi 22.09.2014