Tibb bacısı

İşin təsviri

İş barədə məlumat:

  • İş yeri: Bakı şəh., Nərimanov ray., Həsən Əliyev 101, Diamed klinikası

Tələblər:

  • Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir. (kurs təhsili qəbul olunmur) 
  • Sertifikasiyadan keçmiş olsun. (Sertifikat müddətinin bitməsinə minimum 1 il qalsın)
  • Dil biliyi: İngilis dili arzuolandır, Rus dili yaxşı səviyyədə.
  • İş təcrübəsi: Minimum 2 il

İş şəraiti:

  • İş rejimi: 6 günlük tam iş həftəsi 
  • İş saatı:  Müsahibədə dəqiqləşəcək
  • Müqavilə: Azərbaycan Respublikasının ƏM-nin qanunvericiliyinə uyğun formada
  • Əmək haqqı: Danışıqlar əsasında (Namizədin savadına və iş təcrübəsinə əsasən)

Vəzifə öhdəlikləri:
Əməliyyatxanada işləyəcək əməliyyat tibb bacısı əməliyyatlar da həkimlərə köməklik edəcək, əməliyyatxana otağının əməliyyata tam hazır olmasına nəzarət edəcək, alətləri əməliyyat öncəsi və sonrası yoxlayacaq, alətlərin steril olmasını təmin edəcək, komanda şəklində əməliyyatlarda iştirak edəcək, əməliyyat zamanı olan prosedurun sənədlərə düzgün girilməsini təmin edəcək, əməliyyatda lazım olan vasitələrin əməliyyat öncəsi sayımını və nəzarətini edəcəkdir.

  • Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Problem həll etmə bacarıqları;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə öyrənmə bacarığı;

Yuxarıda qeyd olunan tələblərin hərhansı biri üzrə təcrübəsi olan Mütəxəssis-Əczaçıların, mövzu bölməsində vəzifənin adı qeyd edilməklə şəkilli CV-ləri elektron poçt ünvanına göndərməyi  xahiş olunur. CV göndərərkən Tibb bacısı yazılması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

İdeal Tibb Şirkəti tərəfindən digər vakansiyalar