Əmək haqqı mühasibi

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
  • Məzuniyyət haqlarının,  xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödəniş;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə işlənməsi;
  • Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
  • 1C 8.3  proqram təminatında əmək haqları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
  • Əmək haqqına dair müvafiq hesabatların tərtib edilməsi;
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;

Tələblər:

  • Ali təhsil 
  • Mühasibat və maliyyə sahəsində  (Əmək haqqı üzrə) ən azı 1 il iş təcrübəsi;
  • PMS sertifikatı (üstünlükdür)
  • Azərbaycan dili;
  • MS Office,  1C proqramları bacarığı;

Bizim təminatımız

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı 1200 Gross+(müsahibə mərhələsində namizədin bilik və bacarığına əsasən)

CV-ləri  şəkil əlavə etməklə mövzü bölməsində "Əmək haqqı mühasibi" qeyd edərək elektron poçt ünvanına göndərin.

Əlaqə nömrəsi: 055 211 16 65

İşəgötürənin reytinqi