İşin təsviri
Mühasibatlıq, vergi və Excel təlimləri təşkil edən şirkətimizə təlimlərin təşkili və tələbə cəlbi üzrə təcrübəli əməkdaşlar axtarırıq!
Vəzifələr:
- Təlimçilərin tapılması və əməkdaşlığın qurulması
- Təlim proqramlarının (mündəricat) hazırlanması
- Mühasibatlıq və vergi təlimlərinə tələbə cəlb edilməsi
- Yeni təlimlərin bazara uyğun tərtib edilməsi
- Sosial şəbəkələrdə reklam və tanıtım işlərinin aparılması
- İlkin ödənişlərin qəbul edilməsi və yönləndirilməsi
Tələblər:
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Təlim təşkilatçılığı və satış sahəsində biliklər
- Ofis proqramları ilə işləmə bacarığı (Excel, Word, PowerPoint və s.)
- Öz portfeli olan və aktiv şəbəkəyə sahib olan namizədlərə üstünlük veriləcək
- Yüksək ünsiyyət və inandırma bacarığı
İş şəraiti:
Yüksək gəlir imkanı (maaş + bonus)
Əgər siz bu sahədə təcrübəli və iddialısınızsa, bizim komandaya qoşulmağa tələsin!
Müraciət üçün CV- lərinizi elektron poçt ünvanına göndərə bilərsiz.