İşin təsviri
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, 605-ci məhəllə, Azad Mirzəyev küçəsi, 6C (Statistika dairəsinin yaxınlığında)
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərdən gələn zəng və mesajların operativ şəkildə cavablandırılması və satışların həyata keçirilməsi;
- Müştərilərlə düzgün ünsiyyətin qurulması, xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, sualların əsaslandırılmış formada cavablandırılması;
- Şirkətin sosial media hesablarına nəzarət;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün əzmkarlıqla çalışmaq;
- Satışlara nəzarət edilməsi (Koordinasiya);
- Gündəlik işlərin, sifarişlərin və zənglərin qeydiyyatının aparılması;
- Şirkətə email və telefon vasitəsi ilə gələn bütün məlumatların aidiyyatı şöbəyə ötürülməsi;
- Rəhbərliyin tələb etdiyi hesabatların hazırlanması və təqdim edilməsi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- 22-40 yaş (Xanım namizədlər);
- Qeyd olunan vəzifə üzrə iş təcrübəsi;
- Təmizlik şirkətində təcrübə üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili yaxşı.
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Müştərilərlə ünsiyyət qurma və inandırma bacarığı;
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
- MS Excel və MS Word ilə işləmə bacarığı;
- Sosial media ilə işləmə bacarığı. (instagram, facebook və s.)
İş haqqında:
- ARƏM-ə uyğun işə qəbul
- İş rejimi: 6 gün
- İş qrafiki: B.e -C- 09:00-17:00
- Şənbə: 09:00-14:00
- İş yeri: Yasamal rayonu, Azad Mirzəyev, 6c (Statistika dairəsinə yaxın)
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq (bacarıqlarınıza uyğun mükafatlandırılma)
Müraciət etmək üçün elektron poçt adresinə mövzu hissədə “Satış üzrə mütəxəssis (operator)” qeyd edərək CV-nizi göndərməyiniz xahiş olunur.