İşin təsviri
Vəzifə öhdəlikləri:
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını qurmaq;
- Sistemə daxil olan sifarişlərin ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq;
- Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemlərdə sürücülərə dəstək vermək;
- Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək;
- Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq;
- Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək.
Tələblər:
- Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- MS Excel proqramından istifadə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
İş şəraiti:
İş yeri: Bakı şəhəri
İş vaxtı: 6 günlük iş rejimi, iş saatı 09:00-18:00;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə kiçik mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.