ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.
Vəzifənin adı: Mühəndis-mexanik
İş yeri: Bakı, Azərbaycan
Yaşı və cinsi: 30-45, kişi
Əsas vəzifə öhdəlikləri:
• Mexanika işləri üzrə bütün sistemə: qazanxana, soyuq su, isti su, istilik sistemi, havalanma, suvarma sistemi və s. vaxtaşarı texniki baxış keçirməlidir.
• Birinci bənddə qeyd olunan sahələr üzrə tələb olunan prosedurlara müvafiq olaraq lazım olan hallarda əməliyyat işlərinin yerinə yetirməlidir.
• Mexanika işləri üzrə istismar zamanı yarana bilən müəyyən təmir işlərini yerinə yetirməli və ya təşkil etməyi bacarmalıdır.
• İstismar zamanı yarana bilən hər hansı qəza vəziyyətinin vaxtında qarşısını almağı bacarmalıdır.
• Ərazidə aparılan tikinti işləri zamanı ona tapşırılan işləri yerinə yetirməyi bacarmalıdır.
• Qeyd olunan işlərlə əlaqədar baş mexaniklə məsləhətləşməlidir və hesabat verməlidir.
• Müəssisənin ümumi qanunlarına və təhlükəsizlik qaydalarına əməl etməlidir.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
• AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.