Hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Cəmiyyətin və Cəmiyyətin müştərilərinin qanuni maraqlarını müdafiə etmək;
  • Müştərilərə hüquqi məsələlər haqqında məsləhət vermək;
  • Effektiv ünsiyyət bacarıqları ilə müştəri ehtiyaclarını anlamaq və həll yolları təklif etmək;
  • Hüquqşünasın etik qaydaları və peşə davranış standartlarına riayət etmək;
  • Hüquqi məsələlər haqqında dəqiq və geniş tədqiqat aparmaq;
  • Hüquqi problemləri təhlil etmək və məntiqli həll yolları tapmaq;
  • Hüquqi məsələlərin dərin təhlili və araşdırılması;
  • Hüquqi sənədlərin, müqavilələrin, məhkəmə ərizələrinin və digər hüquqi yazışmaların düzgün və aydın şəkildə hazırlanması;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasını keçirmək və hüquqi rəy vermək;
  • Hüquqi şəxsin təsis sənədlərini və qanunvericiliyə uyğun olaraq digər zəruri sənədlərin hazırlanması;
  • Azərbaycan Respublikasının qanunları ilə bağlı arayışların hazırlanması;
  • Əqli mülkiyyət obyektlərinin (ticarət markalarının, ixtiraların, sənaye nümunələrinin, faydalı modellərin, əmtəə nişanlarının) qeydiyyata alınması üçün zəruri sənədlərin hazırlanması və müvafiq qurumlara təqdim olunması;
  • Qeydiyyata alınmış əqli mülkiyyətin müdafiəsi ilə əlaqədar müvafiq qurumlarda müştərinin hüquq və mənafelərinin müdafiə olunması;
  • Bu vəzifələrin icrası ilə əlaqədar digər öhdəliklərin icra edilməsi;
  • Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Hüquq sahəsində ən azı 1 il praktiki iş təcrübəsi;
  • Təhsili/ixtisası: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olan namizədlərə üstünlük veriləcək);
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili üstünlük verilən dillərdir.

İş şəraiti:

  • İş saatları: 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və sənədləşmə.

Fərdikeyfiyyət tələbləri:

  • Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, analitik düşünmə, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat toplama bacarığı.Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

 

Legit Solve Advisors MMC tərəfindən digər vakansiyalar