İşin təsviri
Öhdəliklər:
- Cari kuryerlərin ərazi üzrə gündəlik düzgün yönləndirilməsi
- Kuryerlərin düzgün şəkildə sənəd çatdırılmasına nəzarət
- Təcili sifarişlərin çatdırılmasının təmini və nəzarəti
- Gün ərzində cari kuryerlərin müraciətlərini araşdırmaq və lazımi tədbirlər görmək
- Rəhbərliyin işlə bağlı digər tapşırıqlarını icra etmək
Namizədə tələblər:
- Ali və ya orta texniki təhsil;
- MS office bilikləri
- Kuryer və ya logistika şirkətlərində iş təcrübəsi vacibdir.
- Şəhəri yaxşı tanıması vacibdir
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə
- Əmək haqqı: Əmək haqqı – müsahibə zamanı müəyyənləşir
- İş qrafiki : Tam iş günü (5 gün)
- İş saatları: 09:00-18:00.
- İş yeri: Bakı şəhəri, Caspian Plaza
Namizədlərdən şəkilli CV-lərini “Dispetçer” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.