Hüquqşünas

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 24.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar məhkəmə, hüquq mühafizə orqanları, icra şöbələri, digər səlahiyyətli qurumlardan daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
  • Müqavilə-hüquq sənədlərinin layihələrinin hazırlanmasını, rəy verilməsi, Cəmiyyətə daxil olan bank, investisiya, təchizat və digər müqavilələrin hüquqi ekspertizasınının aparılmasını təşkil etmək;
  • Məhkəmə proseslərində, istintaq orqanlarında iştirak, məhkəmə qərarlarınn icrası ilə bağlı icra və probasiya şöbələri ilə sıx işləmə, qərarların icra olunmasına nəzarət etmək;
  • Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təmin etmək.

Tələblər: 

  • Ali təhsil (Hüquq sahəsi üzrə);
  • MS Office proqramlarında xüsusilə Exceldə sərbəst işləyə bilməli;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır.

Qeyd: Avtomobilin olması arzuolunandır 

İş şəraiti: 

  • İş yeri: Xırdalan şəhəri;
  • 5/7 iş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək; 
  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.