İşin təsviri
Vəzifə təlimatları:
- Yığılmış qarışıq paletlərin düzgün yığılmasına nəzarət etmək.
- Anbarların təmizliyinə nəzarət etmək və tələblərə uyğun metodlardan istifadə etmək.
- İstehsal olunmuş məhsulların anbarda yerləşdirilməsinə nəzarət etmək.
- İdxal olunan məhsulların boşaldılmasına və yerləşdirilməsinə nəzarət etmək.
- Rayon maşınlarının vaxtında və düzgün şəkildə yüklənməsini təşkil etmək.
Tələblər:
- Bakalavr təhsili
- Minimum 1 il iş təcrübəsi
- İngilis dili: orta
- MS Office bilikləri
- Riyazi biliklər
- 1C, SAP proqramları bilikləri
- Komandada işləmə bacarığı
- Detallara diqqət etmək
- Ünsiyyət qurma bacarığı
Coca-Cola İçecek daim şirkətdaxili müxtəlifliyi dəstəkləyir. Burada bütün işə müraciət edənlər üçün onların irqinə, cinsinə, dəri rənginə, milli və ya sosial mənşəyinə, etnik mənsubiyyətinə, dininə, yaşına, sağlamlıq və ailə vəziyyətinə, cinsi oriyentasiyasına, cinsiyyət ifadəsinə və ya siyasi fikrinə və s. görə ayrı-seçkilik edilmədən bərabər imkanlar yaradılır.