Tur Meneceri (əlilliyi olan şəxslər üçün)

  • Sofi Travel
  • Elanın qoyulma tarixi: 23.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifələr:

  • Hotellərin və turların bron edilməsi.
  • Müxtəlif ölkələrdəki istiqamətlər, hotellər və görməli yerlər haqqında dəqiq məlumatların araşdırılması və təqdim edilməsi.
  • Müştərilərlə əlaqə saxlayaraq onların səyahət tələblərini başa düşmək və qarşılamaq, səbrlə təkliflər təqdim etmək, uyğun seçim etməyə dəstək olmaq.
  • Sənədlərin hazırlanması və viza proseslərinin təşkil edilməsi.

Tələblər:

  • Azərbaycan dili qrammatikasını mükəmməl bilmək.
  • Coğrafiya haqqında yaxşı biliklərə sahib olmaq.
  • Araşdırma və bron sistemləri üçün internetdən sərbəst istifadə bacarığı.
  • Büdcə və hesablamalar üçün riyaziyyat və detallara qarşı diqqətli olmaq bacarıqları.
  • Səbrli və müştəriyönümlü yanaşma.
  • Səyahət paketlərinin və xidmətlərin təqdimatı üçün satış bacarıqları.

Üstünlük Verilir:

  • Rus və/və ya İngilis dilini bilən namizədlərə.
  • Əlil arabasında olan şəxslərə və Qarabağ qazilərinə.

Təklif Edirik:

  • Dəstəkçi və inklüziv iş mühiti.
  • Turizm sahəsində peşəkar inkişaf imkanları.

Əgər səyahətə həvəsli və yuxarıda qeyd olunan bacarıqlara sahib birisinizsə, müraciət etməyə və böyüyən komandamızın bir hissəsi olmağa dəvət edirik!
Diqqət: İlk ay təlim və təcrübə ayıdır.
Biz inklüziv iş mühiti yaratmağa niyyətliyik və əlilliyi olan şəxsləri müraciət etməyə təşviq edirik.