Yuma Operatoru

İşin təsviri

Təsvir

  • Çirkli bankalar, yeşiklər və digər avadanlıqların yuyulma otağında prosedur və təlimatlara uyğun şəkildə boşaldılmasını, yuyulmasını və müvafiq otaqlara yığılmasını təmin etmək
  • Təmizlənmiş qablar haqqında gündəlik hesabat vermək
  • Yuma otağı və yuma masasının hər zaman təmiz və səliqəli olmasını təmin etmək
  • Çıxarılan etiketlərin, tullantı qida kütlələrinin və zibillərin müvafiq şəkildə uzaqlaşdırlmasını təmin etmək
  • Yuma hesabatlarını hazırlamaq
  • Səlahiyyətli şəxslərin xəbərdarlıqlarına və verilən iş tapşırıqlarına əməl etmək
  • Yuma prosesində müvafiq geyim və avadanlıqlardan istifadə etmək
  • Laboratoriya daxilindəki avadanlıqları təhlükəsizlik qaydalarına uyğun şəkildə istifadə etmək
  • Laboratoriyada çoxaltmanın fasiləsizliyinin təmin olunması üçün ehtiyac duyulan material və avadanlıqlar müəyyən edildikdə, çatışmazlıqlar haqqında Hazırlıq üzrə Mütəxəssisə məlumat vermək
  • İşçilərin səhvindən irəli gələn inventar itkiləri üzrə akt tərtib olunması məqsədi ilə səlahiyyətli şəxsə məlumat vermək

Tələblər

  • İbtidai, ümumi orta təhsil
  • Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarığı
  • Komanda ilə işləmək bacarığı

Vakansiya haqqında

  • Son tarix mart 1, 2025
  • Vakansiya növü Tam ştat

İşəgötürənin reytinqi