Laboratoriya üzrə təcrübəçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tədqiqat və inkişaf şöbəsinin mal-material sərfiyyat və sifarişinin günlük icrası, günlük istifadə edilən alət və avadanlıqlara nəzarət edilməsi;
  • Tədqiqat və inkişaf üzrə operatorların günlük kəsəcəyi bitkilərin öncədən çeşidlənməsi;
  • Operatorların kəsim performanslarını izləmək, işlərin və bitkilərin günlük, aylıq, illik həcm üzrə planlamasının aparılması;
  • Şöbə üzrə qidalı mühitin şöbələrarası mübadiləsinin və hesabatının həyata keçirilməsi, günlük tədqiqat işləri üzrə araşdırılmaların aparılması;
  • Qidalı mühit hazırlamaq bacarığına yiyələnmə, verilmiş protokollara uyğun mediaların hazırlanması, hazırlanmış medialara bitkilərin əkimini həyata keçirmək və günlük izlənilmə ilə nəticələrin qeyd olunub, protokollaşdırılması;
  • Bitkilərin laboratoriyadan sonrakı iqlimləndirmə hissəsi ilə məşğul olaraq hər bitkiyə uyğun ümumi protokolların hazırlanmasını həyata keçirmək;

Ümumi məlumat:

  • İş yeri: Türkan qəsəbəsi
  • İş vaxtı : 1 - 5 ci günlər 08:00 - 17:00
  • Təcrübə proqramının müddəti - 6 ay

Tələblər:

  • Ali təhsil ( Ümumi biologiya, biologiya müəllimliyi, aqronomluq, biotexnologiya ixtisası)
  • Xarici dil (ingilis dili) biliyinin olması üstünlükdür.
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;

İşəgötürənin reytinqi