İşin təsviri
İş yeri: Bakı
Vəzifə öhdəlikləri
- Vergi qanunvericiliyinə uyğun olaraq aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsində iştirak;
- ƏDV, mənfəət, gəlir və digər vergilərin düzgün hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
- Vergi orqanları ilə yazışmaların aparılması və yaranan məsələlərin həlli;
- Mühasibat uçotu sənədlərinin işlənməsi və onların qanunvericiliyə uyğun aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Bank əməliyyatlarının aparılması, ödənişlərin həyata keçirilməsi və bank sənədlərinin işlənməsi;
- Şirkətin mühasibatlıq sistemində məlumatların düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.
İş şəraiti
- 5 günlük iş rejimi (09:00 – 18:00);
- Əmək haqqı: Müsahibə əsasında.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Yaş həddi : 24- 40 yaş arası xanım namizədlər;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi haqqında dərin biliklər;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı;
- Mühasibatlıq proqramlarında (1C və ya digər müvafiq proqramlarda) işləmə təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə bacarığı;
- Vergi orqanları ilə əməkdaşlıq və müvafiq yazışmalar aparma qabiliyyəti
Maraqlanan namizədlərdən cv-lərini elektron poç ünvanına göndərmələri xahiş olunur.