Marketinq Kommunikasiyaları Şöbəsinə Mütəxəssis vakansiyası
İşin təsviri:
Marketinq planlaşdırılması və tədqiqatında iştirak etmək;
Reklam şirkətləri və KİV ilə sıx əlaqələrin qurulması;
Reklam məlumat materiallarının hazırlanması;
Çöl reklam vasitələrinin monitorinqi;
Markaların və Satış sonrası xidmətlərin reklam təchizatına nəzarət;
Marketinq və CRM layihələrində iştirak
Namizədə tələblər:
Ali Təhsil (aidiyyatı ixtisas üzrə arzuolunandır)
İngilis dili (İntermediate) bilikləri üstünlükdür.
Marketinq Sahəsində ən az 2 il iş təcrübəsi tələb olunur
Vaxtın idarəolunması bacarıqları
Əlavə tələblər:
Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti;
Dəqiq, məsuliyyətli, müstəqil və qərəzsiz;
Stres altında işləməyi və stres vəziyyətlərində qərar qəbul etməyi bacaran;
Nizam-intizamlı;
Daim təşəbbüskar
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "marketinq mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.