Mühafizəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 05.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC-in Daxili Təhlükəsizlik şöbsinə Mühafizəçi vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Bankın əsas binaları, icarəyə götürülmüş ofisləri, tədris mərkəzi, avtopark, ATM və filiallarda video kameralar vasitəsi ilə təhlükəsizliyə və kamera işləkliyinə iş növbəsi zamanı nəzarət etmək;
• Gündəlik kameraların vəziyyəti barəsində məlumatları əldə etmək və nasazlıq aşkar olunduğu təqdirdə nasazlıq barədə yazılı məlumat vermək;
• Filiallarda bunkerlərin qaydalara uyğun olaraq açılıb bağlanmasına kamera görüntüsü ilə nəzarət etmək;
• Filiallarda pul anbarlarının mühafizəsini kamera vasitəsi ilə nəzarət etmək;
• Bankın əsas binaları, icarəyə götürülmüş ofisləri, tədris mərkəzi, avtopark, ATM və filiallarda baş vermiş hadisə barədə üst rəhbərliyə məlumat vermək;
• İnkassasiya maşınlarının hərəkətini GPS vasitəsilə nəzarət etmək;
• Bankomatlarda olan kameraların vəziyyətinə gündəlik nəzarət etmək;
• Zərurət yarandıqda regionlarda olan filiallara ezam olunmaq.

Namizədə qarşı tələblər:

• Təhlükəsizlik sahəsində təcrübə üstünlük hesab edilir;
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 avqust 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mühafizəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.