“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC aşağıda sadalanan iş yerləri üzrə yeni vakansiyalar elan edir:
Nəqliyyat departamentinə avtonəqliyyat, mexanizasiya və qaldırıcı avtomexanizlər sahələri üzrə avtoelektriklər, mühərrik ustaları, çilingərlər, rəngsazlar, dəmirçi-qaynaqçılar, təkərçilər, qreyder, ekskavator, buldozer, universal və frontal yükləyici, avtokran və qülləli kran maşinistləri, səbət tipli avtomaşın sürücüləri, “E” kateqoriyalı peşəkar sürücülər;
Namizədlərin tələb olunan sahədə müvafiq sənədləri (diplom, sertifikat, xüsusi vəsiqələr və s.) və ən az 5 il iş təcrübəsi olmalıdır.
Maraqlananlar cv-lərini [email protected] ünvanına göndərə bilərlər.