Əməliyyatçı-xəzinədar (Sabirabad filialı)

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 04.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Sabirabad filialına Əməliyyatçı-xəzinədar vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

 Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
 Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
 Kreditlər üzrə borcların, müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nəğd qəbulu və balans proqramında yığımının həyata keçirilməsi;
 Cari, əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin  siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
 Əmanət kitabçasında yazılışları aparmaq;
 Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
 Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
 Kredit və əmanət əməliyyatlarının tam  sənədləşməsini həyata keçirmək;
 Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək;
 Müştərilərə çarpaz satışların təqdim etmək.

Namizədə qarşı tələblər:

 Ali təhsil;
 Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
 Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-xəzinədar - Sabirabad) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.