İşin təsviri
Vəzifə öhdəlikləri:
- Qida məhsullarının keyfiyyət standartlarına uyğun istehsalının təmin edilməsi;
- İstehsal prosesində keyfiyyət göstəricilərinə nəzarət və uyğunluğun yoxlanılması;
- Xammalın və hazır məhsulun keyfiyyət analizi;
- Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Qida təhlükəsizliyi standartlarının (HACCP, ISO 22000) tətbiqinə dəstək;
- Məhsulların sertifikatlaşdırılması prosesində iştirak;
- Keyfiyyətə nəzarət üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Qida mühəndisliyi, Biotexnologiya və ya müvafiq sahə üzrə);
- Qida sektorunda keyfiyyətə nəzarət sahəsində ən azı 5 il iş təcrübəsi;
- HACCP, ISO 22000 kimi beynəlxalq standartlar üzrə biliklər və təcrübə;
- Qida məhsullarının kimyəvi və mikrobioloji analizi üzrə biliklər;
- Detallara diqqət, analitik düşüncə və problem həll etmə bacarığı;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri üstünlükdür);
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İş yeri: Binəqədi yolu 100
- İş qrafiki: Həftə içi 6 gün 08:00-18:00
Müraciət qaydası:
CV-lərinizi “Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis” vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: +994 55 293 13 39