Satış Meneceri
İş barədə məlumat:
“Rota İnşaat” şirkətində Satış Meneceri vakansiyasına gənc oğlanlar və qızlar tələb olunur:
Öhdəliklər:
- Mağazada xidmətin yüksək səviyyədə həyata keçirilməsi;
- Müştərilərə mal və mal çeşidləri haqqında məlumatın verilməsi;
- Müştərilərə mal seçimində köməklik göstərilməsi;
- Malların vitrinlərə düzülməsi, düzülmüş malların qiymətlərinin yerləşdirilməsi və vitrinin səliqə-səhmanına nəzarət
Şirkətimizdə çalışmağın üstünlükləri:
- Azərbaycan Respublikası qanunvericiliyi əsasında Əmək Müqaviləsi
- Karyerada inkişaf
- Əmək haqqı və əlavə bonuslar
- Şirkət hesabına nahar
Namizədə tələblər:
- Oğlanlar və qızlar
- Minimum 1 il satış təcrübəsi (inşaat sahəsində təcrübəsi olanlara üstünlük verilir)
- Yaş həddi-21-28
- Azərbaycan və rus dillərini bilməlidir. İngilis dili bilənlərə üstünlük verilir.
- Kompyuterdə sərbəst işləmək bacarığı
- Məsuliyyətli, gülərüz, ünsiyyətcil və komandada işləmək bacarığı
- İnkişafa meyilli və öz üzərində işləyən
Əmək haqqı- 300-500 Azn (+ faiz)
İş vaxtı- 09:00-19:00
E-mail: [email protected]
Telefon: (012) 489 97 94
Əlaqədar şəxs: Fəxri Cüməliyev
CV göndərərkən mövzu qismində “satış meneceri” sözünün yazılması mütləqdir.
Şəkilsiz CV formalarına baxılmayacaq.