İşin təsviri
Vəzifə öhdəlikləri:
- Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olur;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarına baxışı həyata keçirir, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirir, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırır və ya aradan qaldırılmasını təmin edir;
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışların keçirilməsini təmin edir;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edir;
- Əsaslı və ya cari təmirdən(profilaktik yoxlamadan) çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak edir;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olur;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlayır və qeyd edir, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin edir;
- Tikinti ərazisinə gətiriləcək yükün təhlükəsizl şəkildə boşaldılmasını təmin edir:
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir;
İş qrafiki və qeydlər:
- 6 günlük iş qrafiki
- İş yerinin ünvanı: Qubadlı
- Yaş həddi: 25 - 55
- Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş stajı: Minimum 2 il stajı
- Təcrübəli işçi (Avtonəqliyyat vasitəsində yaranan nasazlıqları aradan qaldırmağı bacaran)
- İş yeri: “AMAL GROUP” MMC
- Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sürücü” adını qeyd edərək e-mail qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.