Beton Laboratoriyası Mühəndisi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 18.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5.3 min ton klinker, ildə isə 2.1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur. 

Hazırda şirkətimizə Beton Laboratoriyası Mühəndisi vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Qaradağda yerləşən zavod ofisi və şəhər ofisi

Tələblər:

  • Əlaqədar ixtisas üzrə ali təhsil
  • Əlaqədar sahə üzrə ən azı 1-2 il iş təcrübəsi 
  • Sement/beton/aqreqatlar/kimyəvi qarışıqlar üzrə biliklər
  • Sement, beton və aqreqatlarla bağlı bütün mövcud standartlar (EN, ASTM, GOST və s. kimi) barədə anlayış;
  • Sement və beton laboratoriyasının avadanlıqlarının istifadə qaydası
  • Laboratoriya avadanlıqlarındakı nasazlıqla bağlı qeydlərə və onların texniki xidmət dövrlərinə nəzarət etmək bacarığı;
  • Beton xammal materialları, kimyəvi ara qatlar və ya sement məhsullarından nümunənin götürülməsi və yoxlanılması barədə bilikləri;
  • İngilis dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı

Vəzifə və öhdəliklər:

  • Laboratoriya avadanlıqlarının daimi saz vəziyyətdə olmasının təmin edilməsi 
  • İşlərin səmərəliliyini təmin etmək üçün iş qrafiklərinin hazırlanması 
  • Laboratoriya cihazlarının Keyfiyyətə Nəzarət Planlarının  tələblərinə əsasən uyğunluğunu təmin etmək
  • Laboratoriya əməkdaşlarının laborator avadanlıqlar və sınaqlar haqda biliklərinin artırılması üçün təlimlərin keçirilməsi
  • Məhsulun keyfiyyətinin monitorinqi, keyfiyyət dəyişikliklərinin təhlili və zəruri tədbirlərin təklif edilməsi
  • Keyfiyyətin itirilməsinin və uyğunsuzluqların əsas səbəblərinin aşkarlanması və hesabat təqdim edilməsi
  • Laboratoriya və sənaye sınaqlarının planlaşdırılması və həyata keçirilməsi, əlaqədar şöbələrlə birlikdə hesabatların hazırlanması
  • Laboratoriya avadanlıqlarının anbardakı sayına nəzarət edilməsi və ehtiyac yarandığı halda yenisinin alınması üçün sifariş verilməsinin təşkili
  • Məhsullar üzrə bazarda tələb olunan keyfiyyət sertifikatların/hesabatların müştərilərə təqdim edilməsi 
  • Keyfiyyətlə bağlı şikayətlərin araşdırılması, təhlili və həll edilməsi 
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi
  • Hədəf qrupların texniki biliyinin mövcud səviyyəsinin təyin edilməsinə dəstək
  • Yeni məhsullarla bağlı bazarın monitorinqi (beton və məhlullar üçün xammal) 
  • Təqdim olunan məhsullar və xidmətlərin müştərilərin təlabatlarına uyğunlaşdırılması üçün əlaqəli şöbələr ilə əməkdaşlıq
  • Müştərinin istehsalat sahəsində qarşılaşdığı çətinliklərin həll edilməsi üçün müvafiq qarışım dizaynının hazırlanması və tətbiqi
  • Yenilənən standartları təlimatlara uyğunlaşdırmaq
  • Norm məhsullarını və xidmətlərini tanıtmaq məqsədilə reklam fəaliyyətində (tədbirlər, konfranslar və sərgilər) iştirak etmək

Qeyd:   İlkin mərhələdə əmək müqaviləsi 1 il müddətinə imzalanacaq

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son Müraciət Tarixi: 26.12.2024

İşəgötürənin reytinqi