İşin təsviri
Məşhur TUMİ, SAMSONİTE VƏ AMERİCAN TOURİSTER səyahət brendlərinin yer aldığı mağazaların Menecer vəzifəsinə işə qəbul üçün tələblər:
- Ali təhsil
- Mağaza Meneceri vəzifəsində iş təcrübəsi: 3-5 il
- Mükəmməl ünsiyyət və danışıq qabiliyyəti olan
- Dəqiq və məsuliyyətli olan
- Korporativ etika standartlarına uyğun davrana bilən
- Dil bilikləri: Azərbaycan, Rus dilləri
- MS Office proqramlarını mükəmməl bilməli
- 1 S mühasibat programını bilməli
Vəzifə öhdəlikləri:
- Faktiki müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək;
- Satış strategiyasını hazırlamaq, strateji planlaşdırmada iştirak etmək, satış həcminin artırılması yönündə təkliflər vermək;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq;
- Satış sonrası, zəmanət xidməti ilə əlaqəli, müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;
- Həftəlik və aylıq hesabatların rəhbərə təqdim edilməsi;
- Satış məsləhətçilərinin idarə edilməsi təcrübəsi;
- Satış komandasına bacarıqlarını, məhsul və satış texnikası ilə bağlı biliklərini artırmaq üçün təlimlər və seminarlar keçirmək;
- Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı;
- Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
İş saatları smenlər üzərinə:
- Bazar Ertəsi – Cümə
- 10:00-dan 18:00-dək və 14:00-22:00-dək
- Şənbə - yarım iş günü
İş şəraiti:
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- Üç aylıq sınaq müddəti
Göstərilən meyarlara cavab verməyən namizədlərin CV-lərinə baxılmayacaqdır.