Anbardar köməkçisi

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil, 
  • Kompüter bilikləri: MS Office proqramları, LOGO və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı. 
  • Analitik düşüncə qabiliyyəti,
  • Punktual və ünsiyyətcil olması,

Vəzifə öhdəlikləri:

  • Mədaxil və məxaric sənədlərinin tərtibi və təsdiqi,
  • Alınmış malların bazaya işlənməsi,
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla səliqəli yığılması,
  • Anbara verilən sorğuların vaxtı-vaxtında və tam şəkildə cavablandırılması,
  • Anbarda olan materialların, inventarların və əsas vəsaitlərin miqdarının yoxlanması və uçota alınması,
  • Satılmış malların məxaric sənədlərinin tərtibi, təsdiqi və məlumatların bazaya işlənilməsi,
  • Gördüyü işlər barəsində hesabatların vaxtında və düzgün formada anbara təqdim olunması.

İş şəraiti:

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 
  • Əmək haqqı: 450 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən  Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu  (subject) hissəsinə “anbardar köməkçisi"  adını qeyd edərək elektron poçt ünvanına göndərmələri  xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.