İşin təsviri
Tələblər:
- Ali təhsil;
- Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
- Analitik düşünmək;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət;
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.
İş şəraiti:
- Əmək haqqı: 500-600 AZN
- İş qrafiki: 6 günlük iş rejimi
- Ən tez başlayan növbə 08:00-16:00, ən gec bitən 14:00-22:00
Müraciət etmək üçün link-ə keçid edib karyera platformasında şəxsi kabinet yaradaraq müvafiq vakansiya üzrə müraciətinizi ünvanlaya bilərsiniz.