Yüksək ixtisaslı elektrik mehəndisinin rəhbərliyi altında elektrik avadanlıqlarının təmiri üzrə mürəkkəb olmayan ayrı-ayrı işlərin yerinə yetirilməsi;
Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi;
Gərginliyi 1000 V-a qədər olan naqillərin kəsilməsi, bitişdirilməsi, izolyasiya edilməsi, kabel və naqillərin basdırılması;
Gücü 50 kVt-a qədər olan günəş və külək enerji qurğularının xidməti və təmiri;
Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərinin yerinə yetirilməsi;
Elektrik avadanlıqlarının işə salınması və dayandırılması, sadə ölçülərin aparılması;
Elektrik mühərriklərinin stator və rotorların, transformator sarğılarının, paylayıcı şəbəkələrinin müqavimətinin meqometrlə yoxlanılması və ölçülməsi;
Elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması;
Sadə əl – qurğu və alətlərin tətbiqi ilə elektrik işıqlandırmanın sadə hissə və aparatlarını sökür, təmir edir və məftillərin çəkilməsi işini həyata keçirir.
Xüsusi tələblər:
Sahə üzrə orta ixtisas diplomu, lisenziya əsasında fəaliyyət göstərən müəssisənin sertifikatı və ya ali təhsil;
Bəy namizəd;
Vəzifə üzrə azı 5 il iş təcrübəsi;
Yaş kateqoriyası 25-40;
Nəyi bilməlidir:
Azərbaycan dilində səlis danışmaq və yazmağı;
Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını;
Elektrik ixtisası üçün tələb olunan standart və texniki şərtləri;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
Nəyi bacarmalıdır:
Məsuliyyətli olmağı;
Operativ və çevik olmağı;
Gözlənilən davranış:
Səbirli olmaq;
Yeniliklərə açıq olmaq;
Vaxtında və düzgün qərar vermək.
İş şərtləri:
Həftədə 6 gün, gündə 7 saat olmaqla 40 saatdan çox olmayaraq iş qrafiki;
İstirahət günü həftədə 1 (bir) gün - bazar günü;
İş yeri:
Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi.
Metro Park Bakikhanov tərəfindən digər vakansiyalar