İşin təsviri
Vəzifə öhdəliyi :
- Yüksək ixtisaslı elektrik mehəndisinin rəhbərliyi altında elektrik avadanlıqlarının təmiri üzrə mürəkkəb olmayan ayrı-ayrı işlərin yerinə yetirilməsi;
- Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi;
- Gərginliyi 1000 V-a qədər olan naqillərin kəsilməsi, bitişdirilməsi, izolyasiya edilməsi, kabel və naqillərin basdırılması;
- Gücü 50 kVt-a qədər olan günəş və külək enerji qurğularının xidməti və təmiri;
- Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərinin yerinə yetirilməsi;
- Elektrik avadanlıqlarının işə salınması və dayandırılması, sadə ölçülərin aparılması;
- Elektrik mühərriklərinin stator və rotorların, transformator sarğılarının, paylayıcı şəbəkələrinin müqavimətinin meqometrlə yoxlanılması və ölçülməsi;
- Elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin quraşdırılması;
- Sadə əl – qurğu və alətlərin tətbiqi ilə elektrik işıqlandırmanın sadə hissə və aparatlarını sökür, təmir edir və məftillərin çəkilməsi işini həyata keçirir.
Ümumi tələblər :
- Sahə üzrə orta ixtisas diplomu, lisenziya əsasında fəaliyyət göstərən müəssisənin sertifikatı və ya ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını bilmək;
- Elektrik üçün tələb olunan standart və texniki şərtləri bilmək.
İş yeri :
- Bakıxanov qəsəbəsi, Metro Park Bakikhanov tikinti layihəsi
CV məlumatlarınızı aşağıda qeyd edilən e-mail adresinin mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə göndərin.