İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının vergi uçotunda düzgün əks etdirilməsini;
- Şirkət adından ödəmə aparılarkən köçürmə sənədlərin vergi uçotuna əsasən tərtib edilməsi nəzarət etmək;
- Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmə;
- Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət və d. ), DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
- Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılması;
- Debitor və Kreditor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin, maliyyət mühasibəsinin, anbar mühasibəsinin və digər əməliyyatlarının vergi uçotun tələblərinə, müvafiq qanun və qaydalara uyğun olmasını təmin etmək və nəzarətdə saxlamaq;
Tələblər:
- İdtisad, Maliyyə, Vergi ixtisasları üzrə ali təhsil;
- Mühasibatlıq, Vergi və Maliyyə uçotu bilikləri;
- Vergi işlərin aparılması üzrə 3-5 illik iş təcrübə;
- Vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu bölümündə Vergilər üzrə mütəxəssis\məsləhətçi qeyd etməklə, [email protected] elektron poçt ünvanına göndərə bilərlər.