İşin təsviri
Namizədə olan tələblər:
- Xəzinədar kimi ən azı 2-3 il təcrübə
- Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq,
- Komandada işləmə bacarığı,
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq,
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək.
Vəzifə funksiyaları:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək,
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək,
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək,
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləyib, nəzarətdə saxlamaq və hesabatını aparmaq,
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək,
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək,
- Müştəri məmnuniyyətini təmin etmək.
İş şəraiti:
- İş yeri: NZS qəs., Oqtay Vəliyev 21C
- İş rejimi: 6 günlük iş həftəsi, 09:00-18:00
- Nahar şirkət tərəfində təmin edilir
- Tibbi sığorta
- Əmək haqqı: 800-1000 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.