Anbardar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xammalın, hissələrin, digər mal-materialların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif mal-materialların anbardan buraxılması;
  • Qəbul olunmuş müxtəlif malların müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Malların təyinatına görə çeşidlərə ayrılması və yerləşdirilməsinin təşkili;
  • Malların və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik etmək;
  • Yüklərin daşınması üçün nəqliyyat vasitələrinin koordinasiya edilməsi;
  • Anbarda qorunub saxlanan malların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması; 
  • İnventarlaşdırmanın aparılmasında iştirak.

Tələblər:

  • İş təcrübəsi: Anbar və logistika sahəsində 3il iş təcrübəsi;
  • Təhsil: Ali;
  • Ali təhsil;
  • MS Office proqramlarını əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığı, tələbkarlıq, məsuliyyətlilik;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı.

Əməkhaqqı: 800 AZN

İş şərtləri:

  • 6 günlük iş həftəsi;
  • İstirahət günü: Bazar

Müraciət qaydaları: 

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Anbardar” yazıb göndərməklə müraciət edə bilərsiniz.