İnsan Resurslari üzrə Mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 13.07.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 170 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
"AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
• Namizədlər bazasının yaradılması;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
• Vəzifə təlimatlarının hazırlanması;
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi;
• İşçilərin şirkətə bağlılığını  və işçi  məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat  bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
• İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;
• İşçilərin iş fəaliyyətinin qiymətləndirilməsi (Performance Management);
• Şöbə menecerləri ilə birgə işçilərin təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi, tələb olunan vaxtda icra edilməsi; • Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi;
• İşçilər üçün güzəştlərin əldə olunması;
• Əmək haqqı hesablaması üçün maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

Ali təhsil;
İnsan resursları sahəsində azı 3 il stajı;
Kompüterlə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook, 1C proqramı);
Azərbaycan, rus, ingilis dillərini bilmək;
AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı.

İş yeri Bakı-Salyan şosesinin 47-ci km-də yerləşir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.