İşin təsviri
Əsas vəzifə və öhdəliklər:
- Təmizlik şöbəsinin səmərəli və problemsiz işləməsində kömək etmək və şöbənin əməliyyatlarına dair təlimatda təsvir edilmiş bütün siyasət və prosedurlara ciddi riayət oldugunu təmin etmək.
- Təmir və texniki xidmət işləri üçün mühəndəslik şöbəsinə iş sifarişlərini təqdim etmək.
- Təmizlik şöbəsinin xidmət işçilərin hər zaman eksklüziv qonaq xidmətləri göstərməsini təmin etmək .
- Bütün qonaqlar və daxili qonaqların şikayət və sorgularına nəzakətlə və effektiv şəkildə cavab vermək ,problemlərin qanətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa catdırmaq
- Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq
- Xidmətçilər tərəfindən görülmüş işlərə dair yoxlamalar aparmaq
- VİP səviyyəli qonaqların gəlişi üçüm əvvəlcədəm hazırlıq işlərinin görülməsinə nəzarət etmə
- Müvafiq təlimlər yolu ilə Təmizlik şöbəsinin bütün xidmətçilərin bacarıq və səmərəliyini inkişaf etdirmək
- Təmizlik şöbəsinin bütün xidmətçilərinin yaradıcı və innovasiyalı ,tələblar olmasını təşviq etmək və onların əməliyyatların uğuruna verdiyi töhfələrə görə qiymətləndirmələrini təmin etmək
- Müəyyən edilmiş qaydalar və təlimatlara xususən otelin yanginsöndürmə ,texniki təhlükəsizlik və mühafizə ilə bağlı siyasət və prosedurlarına ciddi riayət etmələrini təmin etmək
- Qonaqlara nöqsanlı və ya çirkli otaqların verilməməsini təmin etmək
- İctimai ərazilərin təmiz və standartlara müvafiq formada olmasını təmin etmək
- Otelin bütün işçilərinin təmiz və səliqəli uniformalarla təchiz etmək
- Əsas diqqəti otelin ümumi uguruna və otrl qonaqlarının məmnunluguna yönəltməklə idarə etmə heyəti ilə dəstəkləyici və çevik formada six fəaliyyət göstərmək
Namizədə qarşı tələblər:
- Sahə üzrə ali təhsili
- Vəzifə üzrə 5 il iş təcrübəsi (Otel təcrübəsi olanlara üstünlük veriləcəkdir)
- Azərbaycan dili
- İngilis dili
- Rus dili
- MS OFFFİCE (Formullarla işləmək bacarığı)
- Opera
- İscala
Təminatlar.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki - həftənin 5 günü
- İş saatı - Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi
- Bakı-Şamaxı, Şamaxı-Bakı istiqamətində (İstirahət günlərində) gediş gəliş
- Qalmaq üçün yer
- Qidalanma - gündə 3 dəfə
- Tibbi sığorta - özü və ailə üzvləri
- Mobil nömrə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təmizlik üzrə menecer” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.