Sətəm üzrə İnspektor

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 09.07.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Job title: SƏTƏM ÜZRƏ İNSPEKTOR

Employer: Azertexnolayn MMC

Duty Station: Sumgayit/Azerbaijan

At the moment, Polyethylene and Steel Pipe Factory in the city of Sumgait carry out the construction of the project. The main activity of this plant, plastic and steel water pipes for oil and gas production, the panel will consist of the preparation of concrete structures. This project is currently purchased from foreign countries as a result of the implementation of large oil, gas and water pipes have already begun production.

Əmək funksiyası:

 Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin  təşkili üzrə tədbirlər planı hazırlayır;
 Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;
 Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;
 İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;
 Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və  istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür;
 Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak edir və İZ formalı akt tərtib edir;
 İstehsalatda bədbəxt hadisələrin uçotunu aparır, əməyin mühafizəsi üzrə müəyyən olunmuş formada hesabat hazırlayır;
 İstehsalat xəsarətlərinin qarşısının alınması məqsədi ilə müəssisə rəhbərliyinin keçirəcəyi iclasların materiallarını hazırlayır;
 Lazım olan hallarda istehsalat binalarında hava şəraitinin, mikroiqlimin, küyün, vibrasiyanın və istehsalat şəraitinin digər amillərinin əlavə yoxlanmasını təşkil edir;
 Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
 İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;
 Əməyin mühafizəsi üzrə baxış-müsabiqələrin, seminarların təşkilində və keçirilməsində iştirak edir;
 ƏM və TT üzrə yaradılacaq daimi komissiyanın şəxsi tərkibi haqqında müəssisə rəhbərinə təkliflər verir, Komissiyanın iş planını tərtib edir və bu plana əsasən hər bir sex, sahə, obyektləri yarım ildə bir dəfədən az olmayaraq yoxlayır;
 Təhlükəsizlik texnikası üzrə işarələrin siyahısını və yerləşmə sxemlərini, xəbərdaredici  rənglə rənglənməli olan obyektlərin siyahısını tərtib edir;
 Müəssisənin sanitar-texniki vəziyyətinin pasportlaşmasını təşkil edir, iş yerlərinin attestasiyası və yeni avadanlığın istismara qəbulu üzrə təşkil olunan komissiyalarda iştirak edir;
 Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır; 

Giriş təlimatını aparır.

 Mühəndis-texniki işçilərin biliklərini yoxlayan komissiyanın işini təşkil edir və onun işində iştirak edir, sexlərin, bölmələrin rəhbərlərinə təlimatların, proqramların işlənib hazırlanmasında metodiki yardım göstərir;
 Əməyin mühafizəsi kabinetinin işini təşkil edir, kabineti lazımı texniki və əyani avadanlıqla təchiz edir.
 Əməyin mühafizəsi üzrə təlimatların vaxtında və keyfiyyətlə aparılmasını yoxlayır;
 Qurğu və avadanlığın vaxtında sınanmasına, qoruyucu vasitələrinin və mühafizə qurğularının yoxlanılmasına, kollektiv mühafizə vasitələrinin sazlığına nəzarət edir;
 İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən şəxsi təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət edir;
 Baş mühəndislə birlikdə yüksək təhlükəli obyekt və avadanlıqlara, habelə təhlükəsizlik və nəzarət cihazlarının istismarı zamanı texniki sənədləşdirilmənin düzgün aparılmasına nəzarət edir;
 Fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, sınanmasına və onlardan düzgün istifadə olunmasına nəzarət edir;
 Bədbəxt hadisələrin nəticələrinin yekunları üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
 Bölmələrdə əməyin mühafizəsi guşələrinin işinə nəzarət edir;
 Bölmə rəhbərləri ilə birlikdə əməyin təhlükəsizliyi standartlarının tətbiq edilməsi üzrə təşkilatı texniki tədbirlər planı hazırlayır;
 İş yerlərində tələb olunan ƏM və TT üzrə normativ-texniki sənədlərin siyahısını tərtib edir;
 Əməyin mühafizəsi üzrə müəssisə standartlarının və təlimatların işlənib hazırlanmasını təşkil edir və bu işdə iştirak edir;
  Əməyin mühafizəsi üzrə xidməti yazışma aparır;

Bilməlidir:

 Azərbaycan Respublikası əmək qanunvericiliyinin əsaslarını, Əmək Məcəlləsinin əməyin mühafizəsinə aid olan hissəsini, müəssisə rəhbərliyinin, həmkarlar ittifaqı orqanlarının, dövlət nəzarət orqanlarının, yuxarı təşkilatların əməyin mühafizəsinə aid olan qərar və əmrlərini;
 İstehsalat sanitariyası üzrə işlədiyi müəssisənin istehsal prosesinə aid olan normativ və metodik sənədləri.
 Əməyin mühafizəsi işinin təşkilini;
 İş yerlərində əmək şəraitinin öyrənilməsi metodunu;
 Təhlükəli zonalarda yerləşən avadanlıqların istismarı zamanı əməyin təhlükəsizliyinin təmin olunması metodlarını;
 İstehsalın əsas texnoloji  proseslərini;
 Qurğu və avadanlığın təhlükəsiz işlənməsini təmin edən qayda və təlimatları;
 Əməyin mühafizəsinin təlim, təlimat nəzarət, təbliğ olunması metod və formalarını;
 Əməyin mühafizəsi üzrə hesabatların hazırlanma qaydasını;
 İqtisadiyyatın əsaslarını, əməyin, istehsalın və idarəetmənin elmi surətdə təşkil olunmasını.

E-mail: [email protected]