Korporativ satış üzrə mütəxəssis

  • TVİM
  • Elanın qoyulma tarixi: 06.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı:

  • İnşaat materialları -  Satış

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

  • Tikinti və inşaat sektorunda fəaliyyət göstərən şirkətlər, podratçılar və layihə menecerləri ilə əlaqələr qurmaq və onları müştəri bazasına daxil etmək;
  • Müştərilərin tikinti materiallarına dair spesifik ehtiyaclarını müəyyən etmək, uyğun məhsulları təklif etmək və satışları artırmaq;
  • Tikinti materiallarının xüsusiyyətləri və texniki göstəriciləri barədə müştərilərə məlumat vermək, istifadə üzrə təlimat vermək və texniki dəstək göstərmək;
  • Rəqib şirkətlərin təklif etdiyi tikinti materiallarını və bazarda mövcud qiymətləri araşdırmaq, qiymət siyasətini tənzimləmək və rəqabətli üstünlüklər yaratmaq;
  • Şirkətin tikinti materialları üzrə satış hədəflərinə çatmaq üçün konkret fəaliyyət planı hazırlamaq və satış strategiyalarını həyata keçirmək;
  • Tikinti materialları üzrə alış-veriş müqavilələrinin hazırlanması, müştərilərə qiymət təklifləri və şərtlərin təqdim edilməsi;
  • Satış sonrası məhsulların vaxtında və düzgün şəkildə çatdırılmasını təmin etmək üçün lojistik və çatdırılma proseslərini izləmək;
  • Müştərilərin tikinti prosesləri haqqında məlumat əldə etmək, yeni layihələrin başlaması və ya mövcud layihələrin inkişafı barədə məlumatları öyrənmək və məhsul tələbatını proqnozlaşdırmaq;
  • Satış proseslərinin nəticələrini təhlil etmək, satışlarla bağlı aylıq və illik hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Biznes idarəçiliyi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
  • Satış və ya tikinti sektorunda ən azı 2-3 il iş təcrübəsi (tikinti materialları satışında təcrübə üstünlükdür);
  • Tikinti materialları və onların tətbiq sahələri haqqında geniş məlumatlı olmaq;
  • Tikinti sektoru, rəqiblər və bazar tələbatını yaxşı bilmək;
  • Satış strategiyaları qurmaq, satış planlarını icra etmək və hədəflərə nail olmaq bacarığı;
  • Tikinti və inşaat terminologiyasını anlamaq və tikinti materiallarının xüsusiyyətlərini müştərilərə izah edə bilmək.
  •  Rəqib təhlili, qiymətqoyma, bazar strategiyaları və müştəri əlaqələrinin idarə edilməsi üzrə biliklər.

Namizədlərdən CV-lərini “Korporativ satış üzrə mütəxəssis” mövzusu ilə qeyd eidlmiş elektron poçt ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar

TVİM tərəfindən digər vakansiyalar