Rəqəmsal Marketinq üzrə Mütəxəssis

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 06.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil;
  • Müvafiq sahədə 1-3 illik iş təcrübəsinə malik olmalı;
  • Rəqəmsal marketinq üzrə istifadə olunan proqramlarda (xüsusilə Google Analitics, Tag Manager, Data Studio) sərbəst işləmə bacarığı olmalı;
  • Meta Ads, Google Search Console, SEO üzrə biliklərə sahib olmalı.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv şəkildə hazırlanması və icrasını təmin etmək;
  • Rəqəmsal marketinq büdcəsinə nəzarət və hər bir yerləşdirmə kanalları (ödənişli media, mobil, sosial və s.) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Meta Ads, Google Search, Google Display, Youtube video reklamları və e-poçt marketinqi ilə bağlı bütün rəqəmsal marketinq fəaliyyətlərini icra etmək;
  • Mütəmadi olaraq rəqəmsal məlumatların və KPI göstəricilərinin təhlilini yerinə yetirmək və məlumatların tam və düzgün şəkildə digər tərəflərə çatdırılmasını təmin etmək;
  • Vebsayt üzərindən effektivliyin ölçülməsi məqsədilə müxtəlif testləri yerinə yetirmək;
  • Açar söz araşdırması aparılması, məzmunun optimallaşdırılması, reytinqlərin izlənilməsi proseslərinə nəzarət etmək;
  • Məhsul və xidmət istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
  • Onlayn analitika platformaları əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri strategiyalarının quraşdırılmasını təmin etmək

İş şərtlərimiz:

  • Əmək haqqı: 1000 - 1100 AZN (NETT);
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi