Satıcı-konsultant

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 02.07.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.

“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

Azərsun Holdinq  “Satıcı-konsultant” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.  

İş haqqında məlumat:

 Malların  qəbul edilməsi;
 Müştəri xidmətinin yüksək səviyyədə təmin edilməsi;
 Müştərilərə mal seçimində köməklik göstərilməsi;
 Satış salonunda səliqənin saxlanılması;
 İşçi Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Van Laack” butiki üçün tələb olunur.

Əsas tələblər:

 20-35 yaş aralığında olmalı;
 Cinsi – qadın;
 Geyim satışı sahəsində ən azı 1 il iş təcrübəsi olmalı;
 Ən azı orta məktəb və ya  litsey məzunu olmalı;
 Rus dilini - əla, ingilis dilini isə müştəri ilə ünsiyyət qura biləcək səviyyədə bilməli;
 Komputer proqramlarından ilkin anlayışı olmalı;
 Xoş görkəmli, səliqəli olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 04.08.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Satıcı-konsultant”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi