İşin təsviri
İş Təsviri:
- Operator xüsusilə cavabdehdir: kranın yük cədvəli ilə tanış olmalı, istənilən bir problem, məsələn aparatın ümumi baxış və ya təmirə ehtiyacı olması barədə sahibkarı məlumatlandırmalı;
- Sahədə kranla bağlı aparılan bütün yoxlanış, təmir və ya digər işlərin nəticələrini qeydiyyat jurnalında qeyd etməli və ya məruzə etməlidir;
- Kran, qaldırıcı kəndir və ya yük ilə elektrik xətti arasındakı məsafə qanunvericilik ilə nəzərdə tutulduğundan çox olarsa, operator işi dayandırmalıdır;
- Həyata keçirilməsi nəzərdə tutulan əməliyyat və müvafiq tələblər barədə ərazi nəzarətçisi ilə müzakirə aparmalıdır;
- Yük cədvəlini yoxlayaraq, kranın hər bir qaldırma əməliyyatı üçün kifayət qədər qaldırma gücünə malik olmasını təmin etməlidir;
- Yük cədvəlinə müvafiq olaraq istehsalçının əməliyyata dair göstərişlərinə əməl etməlidir.
- İşarəverən ilə əlaqə saxlamalıdır;
- Əməliyyat zamanı köməkçinin təhlükəsiz yerdə olmasını təmin etməlidir;
- Səliqəli, nəzarət altında və təhlükəsiz işləməlidir.
Əsas tələblər:
- Müvafiq sertifikatlar;
- Tırtırlı kranlarda minimum 3 il iş təcrübəsi.
Anket formaları email-ın mövzu hissəsində vəzifə adını (Kran Operatoru) qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yuxarıda qeyd olunan tələblərə cavab verməyən və qeyd olunan şəkildə göndərilməyən müraciətlərə baxılmayacaqdır.