İŞƏ QƏBUL MÜTƏXƏSSISI
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.
İnsan Resurslarını özünə peşə olaraq seçmiş və bu istiqamətdə karyera qurmaq arzusunda olan şəxslər Şirkətlər Qrupumuzun İnsan Resursları Departamentində İşə qəbul mütəxəssisi vəzifəsinə işə dəvət olunurlar.
İş haqqında məlumat:
- Şirkətin işçi ehtiyacının təmini, iş üçün müraciət edən şəxslərin müraciət bazasının yaradılması;
- Şirkətə iş üçün müraciət edən şəxslərlə iş müsahibələrinin və lazımi testlərin keçirilməsi.
- İş qrafiki: həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən təmin edilir.
Əsas tələblər:
- Menecment, iqtisadiyyat və ya ictimaiyyətlə əlaqələr sahəsində ali təhsil;
- Yaş aralığı 23-35;
- Kişi namizədlər hərbi xidmətini başa vurmuş olmalı;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- Sənədləşmə və yazışma işlərini bacarmalı;
- MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Araşdırma qabiliyyəti yüksək olmalı;
- Yaradıcı olmalı, mövcud iş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməyi bacarmalı;
- Gərgin, stresli iş mühitində işləməyi bacarmalı;
- Ünsiyyət və gözəl nitq qabiliyyətinə malik olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 30.07.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İşə qəbul mütəxəssisi”) qeyd olunmalıdır.
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.