İnsan Resursları Departamentinin Idarəetmə şöbəsinin müdiri

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 30.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: İnsan Resursları Departamentinin Idarəetmə şöbəsinin müdiri

Bankımız haqda:

1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 24 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir.

Əsas vəzifə və öhdəliklər:

 İnsan Resurslarının İdarə Edilməsi siyasətininin, qayda və sistemlərin hazırlanmasında iştirak etmək, onları təkmilləşdirmək;
 Bankın insan resurslarının planlaşdırılmasını həyata keçirmək: işçi axtarma, seçmə və işə yerləşdirmə prosedurlarının daxili təlimatlara əsaslanmasını və prosesin şəffaflığını təmin etmək;
 Əməkdaşların təlim və inkişaf ehtiyaclarının qarşılanmasını təmin etmək;
 Qəbul olunmuş motivasiya sisteminin implementasiyasını təmin etmək;
 Bankın əməkdaşlarının Karyera planlaşdırılması prosesini həyata keçirmək;
 Bankda korporativ tədbirlərin təşkilini həyata keçirmək;
 Şöbənin fəaliyyətinə aid olan hesabatları zamanında hazırlamaq.

Tələb olunan kriteriyalar:

 Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində ali təhsil;
 İnsan Resurslarının idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
 Idarəçilik bacarığı;
 Layihələrin idarə edilməsi təcrübəsinin olması;
 Strateji düşünmə bacarığı;
 Məntiqi düşünmək və analiz etmək qabiliyyəti;
 Əla ünsiyyət qurmaq bacarığı;
 Konfliktlərin həll edilməsi bacarığı;
 Məsuliyyətli və dəqiq;
 Yaradıcı və təşəbbüskar;
 Azərbaycan və Rus dillərini əla bilmək (İngilis dili biliklərinin olması üstünlük təşkil edir)
 MS Office proqramlarında işləmək bacarığı

Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “İnsan Resursları Departamenti” yazmaqla öz CV-lərini və ya bankın saytından http://www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/i-muraci-t-formas/  əldə edilmiş “İşə müraciət forması”ı (şəkillə birlikdə)  [email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 31 İyul 2014-cü ildir. Yalnız məhdud sayda namizədlərlə Avqust ayından etibarən əlaqə saxlanılacaqdır. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

İşəgötürənin reytinqi