Tərcüməçi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 30.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

3 aylıq layihə ilə əlaqədar Azərsun Holdinq  “Tərcüməçi“ vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

-  Texniki sahələrlə bağlı yazılı və şifahi tərcümə xidmətlərinin peşəkarcasına həyata keçirilməsi;
-  İş qrafiki: saat 09:00-dan 18:00-dək;
-  Nahar şirkət tərəfindən təmin edilir.

Əsas tələblər:

-  20-35 yaş aralığında olmalı;
-  Ali təhsilli olmalı;
-  Tərcüməçi kimi ən azı 3 il iş təcrübəsinə sahib olmalı;
-  Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməli;
-  İngilis dilində texniki terminləri bilməli;
-  Məsuliyyətli, tələbkar, işgüzar olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 12.07.2014  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Tərcüməçi”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı  www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi