İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək;
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək;
- Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək;
- Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq;
- Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək, hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı
- Logo Tiger və ya digər ERP proqram bilikləri üstünlükdür
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (müvafiq sahə üzrə) ;
- Təcrübə 1-3 il.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maddi vəsaitlər üzrə mütəxəssis”yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.