Data mühəndisi

İşin təsviri

Əsas öhdəliklər:

  • Böyük məlumat dəstələrini emal etmək üçün genişlənə bilən və effektiv ETL strukturu dizayn etmək, inkişaf etdirmək və idarə etmək.
  • Müştərilərlə əməkdaşlıq çərçivəsində Data Lakehouse arxitekturasının tətbiqini təmin etmək və məlumatların bütövlüyü və təhlükəsizliyi üçün zəruri tədbirləri görmək.
  • Məlumatların idarə edilməsi, modelləşdirilməsi və analitik həllər üzərində ekspert məsləhətləri vermək.
  • Məlumat həllərinin doğruluğunu və effektivliyini yoxlamaq və inkişaf etdirmək məqsədilə Proof-of-Concept (POC) layihələrində iştirak etmək.
  • Spark əsaslı məlumat modellərinin yaradılması və mövcud sistemlər ilə inteqrasiyanı təmin etmək.
  • İş tələblərinə uyğun olaraq böyük məlumat strukturlarının performansını izləmək və optimallaşdırmaq.

Tələb olunan bilik və bacarıqlar:

  • Spark, Hadoop və digər paylanmış hesablama sistemləri ilə geniş təcrübə.
  • SQL, məlumat modelləşdirilməsi və ETL proseslərində dərin bilik.
  • Məlumatların idarə olunması alətləri və idarəetmə üzrə təcrübə.
  • Bulud və on-premises böyük məlumat texnologiyaları (Apache Spark, Airflow, Kafka və s.) üzrə təcrübə.
  • Parquet, Avro və ORC kimi məlumat saxlama formatları ilə təcrübə.
  • Problemlərin həlli bacarığı və müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq qabiliyyəti.

Üstünlük verilən kvalifikasiyalar:

  • Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
  • Problem həll etmə və analitik düşünmə qabiliyyəti
  • Məlumat təhlükəsizliyi və uyğunluq standartları üzrə mükəmməl anlayış və bilik.
  • Bulud platformaları (AWS, Azure, Google Cloud və s.) ilə iş təcrübəsi.

Müraciət Qaydası:

Əgər məlumat mühəndisliyi sahəsində bacarıqlara sahibsinizsə və mühüm layihələrdə öz təcrübənizlə fərq yaratmaq istəyirsinizsə, bizə qoşulmanızdan məmnun olarıq. Təcrübə və bacarıqlarınızı əks etdirən CV və motivasiya məktubunuzu elektron poçt ünvanına göndərin.

DataLead Consulting tərəfindən digər vakansiyalar