Beynəlxalq əlaqələr üzrə menecer

İşin təsviri

Beynəlxalq əlaqələr üzrə menecer

Əsas vəzifə öhdəlikləri:

- Təchizat strategiyasını və siyasətini tərtib edir
- Xarici mənbələr vasitəsilə lazımi materialların araşdırılması
- Daşınma şirkətinə lazımi koordinatları və daşınmanın rəsmləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısını bildirir
- Şirkətin faəliyyəti üçün vacib olan materiallara aid stokun yaradılması və idarə olunmasını, xarici təchizatçılarla danışıqların aparılması və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını, xarici logistikanın idarə olunmasını həyata keçirir
- Malların müqavilələrdə nəzərdə tutulmuş vaxtda təslimini təşkil edir
- Qəbul olunan malların keyfiyyət, komplektasiya, miqdar kriteriyalarını nəzərə alaraq onlara nəzarəti həyata keçirir
- Mütəmadi olaraq təchizatçıların qiymətləndirməsini və bu sahədəki problemlərlə bağlı onlarla danışıqların aparılmasını, mübahisəli məsələlərin həllini həyata keçirir
- Təchizatçılar tərəfindən təqdim olunan rekvizitlərin doğruluğunun yoxlanılması və ödənişlərin həyata keçirilməsi üçün maliyyə şöbəsinə təqdim edir
- Maddi-əmtəə dəyərlərinin inventarizasiyası və təftişinin keçirilməsində iştirak edir

Namizədə tələblər:

- Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
- Yaş 23-45
- Təhsil Ali
- İngilis və rus dillərini yüksək səviyyədə bilməli
- Xaricdə təhsil alanlara üstünlük veriləcəkdir.
- Ünsiyyat qurmaq bacarığı;

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə "Beynəlxalq əlaqələr üzrə menecer" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10

E-mail: [email protected]
Web: www.bsc-group.az