Baytar

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 21.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İri buynuzlu epizootiya əleyhinə profilaktik, sanitar və digər baytarlıq tədbirlərin aparılması yolu ilə xəstəliklərdən qorumasını təmin etmək;
  • Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərini həyata keçirmək;
  • Qida və emal üçün nəzərdə tutulan  məhsulların və xammalın keyfiyyətinə nəzarət etmək;
  • Uyğun olmayan heyvan cəmdəklərinin müayinəsini aparır, analiz üçün lazımi material götürmək və hesabat hazırlamaq;
  • Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin etmək;
  • İstehsal üçün kəsilmiş heyvanların uyğun olmasını müəyyənləşdirmək;
  • Baytarlıq işlərinin uçot və hesabatını aparmaq və bölmə rəhbərinə hesabat vermək;
  • Heyvanlardakı xəstəliklərin və zədələnmələrin diaqnozunu qoymaq və müalicə üsullarını müəyyənləşdirmək;
  • İribuynuzlu heyvanların terapevtik və cərrahiyə müalicəsini müəyyənləşdirmək;
  • Heyvanlarda boğazlığın müayinəsini aparır və boğaz heyvanlar üzrə müvafiq qeydlər aparmaq;
  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təşkil etmək;
  • Təsərrüfat üçün lazım olunan baytarlıq preparatları, dərmanları və avadanlıqların sifarişlərini tərtib edilməsində iştirak etmək;
  • Məhsuldarlığın artırılmasına yönəldilmiş kompleks baytarlıq tədbirlərini həyata keçirmək;
  • Heyvanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri təşkil etmək.

Tələblər: 

  • Ali təhsil (Baytarlıq sahəsi üzrə);
  • Baytarlıq üzrə ən azı 5 il iş təcrübəsi;
  • Komanda ilə işləmək bacarığı, dəqiqlik, məsuliyyətlilik;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst.

İş şəraiti: 

  • İş yeri: Saatlı rayonu;
  • Yaşayış yeri ilə təmin edilir;
  • Nahar, korporativ nömrə və yaşayış yeri şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baytar” yazaraqqeyd edilmiş e-mail ünvanına göndərilməsi xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.