Satış təmsilçisi

İşin təsviri

İş barədə məlumat:

  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Bazarın araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi, satış inkişaf planının tərtib olunması və həyata keçirilməsi; 
  • Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
  • Görüşlərin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
  • Potensial müştərilərin sifarişləri əsasında kommersiya təklifinin hazırlanması, qiymət təkliflərinin razılaşdırılması;
  • Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak etmək;
  • Satış standartlarına uyğun olaraq satış nöqtəsində işlərin həyata keçirilməsi;
  • Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək;
  • Gündəlik, aylıq, illik satış barədə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Yeni müştəri bazası formalaşdıran satış təmsilçisinə, etdiyi yeni satışlara uyğun bonuslar veriləcək;

İş şərtləri:

  • İş rejimi: 6 günlük iş qrafiki 
  • Həftəiçi 09:00-16:00
  • 6.Gün  09:00-14:00
  • Əmək haqqı: 1000-1800 AZN; (Etdiyi yeni satışlara uyğun bonuslar);
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar;

Tələblər:

  • İş təcrübəsi : Ən azı 3 il;
  • Yaş həddi: 25-40
  • Azərbaycan və Rus dilində danışıq qabiliyyəti;
  • Korporativ satış meneceri və Marketinq haqqında ümumi biliklərə malik olmaq;
  • İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti;
  • Etirazlarla və təzyiq altında işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • İdarəetmə, Satış qabiliyyəti, Məsuliyyətli və güclü analitik olmalıdır;
  • Kompüter biliyi: Ofis proqramları;
  • Şəxsi avtomobili olanlara üstünlük veriləcək, yanacaq və avtomobilin amortizasiya xərcləri şirkət tərəfindən ödənilir. Sürücülük vəsiqəsi (B kateqoriyası);

Az Turk Package MMC tərəfindən digər vakansiyalar