Daxili Auditor

  • CİBPay MMC
  • Elanın qoyulma tarixi: 14.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas funksiyalar:

  • Şirkətin biznes və idarəetmə proseslərinin audit yoxlamalarında iştirak etmək;
  • Yoxlanılan proseslərin effektiv və səmərəli təşkilinin qiymətləndirilməsində iştirak etmək;
  • Biznes proseslərinin, daxili nəzarət sisteminin və risklərin idarə edilməsinin yaxşılaşdırılmasına dair audit tövsiyələri vermək;
  • Audit yoxlamalarına hazırlıq mərhələsində audit proqramını hazırlamaq;
  • Yoxlama sahələrinə aid sənədlərinin, əvvəlki hesabatların, verilənlər bazasından məlumatların, blok-sxemlər və digər materialların qəbulu, təhlili və qiymətləndirilməsi;
  • Auditin nəticələrini əks etdirən hesabatlarını hazırlamaq və rəhbərlik ilə müzakirələri təşkil etmək.

Lazımi təcrübə və keyfiyyətlər:

  • Ali təhsil;
  • Bank sistemində xüsusən hesablaşma, kartlar, daxili audit və risk menecment sahələrinin birində ən azı 1 (bir) il iş təcrübəsinin olması;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
  • Ofis proqramları ilə sərbəst işləmək bacarığı, xüsusən MS Excel;
  • Ünsiyyətçilik, komanda işi ilə bərabər müstəqil iş aparmaq bacarığı;
  • Detallara diqqət və araşdırma bacarıqları;
  • Öz üzərində işləmək və professional təlimlərə qoşulmaq istəyinin olması.

Arzu olunan təcrübə və bilik:

  • Maliyyə və ya iqtisadiyyat sahəsində təhsil arzu olunandır;
  • Prosessinq, odəniş sistemlərinin fəaliyyətinə aid biliklər;
  • Daxili Auditorlar İnstitunda üzvlük və daxili audit sahəsində professional sertifikasiya proqramlarına başlaması: CIA, CISA;
  • Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə ilkin biliklər və müvafiq sertifikatların olması (ACCA F1, F2, F3; ACCA DipIFR);
  • Biznes proseslərin qrafik təsvirini müvafiq proqramlarda hazırlamaq bacarığı: MS Visio, Bizagi Modeler. 

Namizədlərdən CV-lərini "Daxili Auditor" mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

CİBPay MMC tərəfindən digər vakansiyalar